Hamilə qadınlar nəzarətə götürüləcək

Hamilə qadınlar nəzarətə götürüləcək
  13 Aprel 2016    Oxunub:3327
“59 rayonda risk qrupunda olan hamilələr üçün xüsusi proqram hazırlanır. Bu proqramla ağır vəziyyətdə olan hamilələr izlənəcək və məcburi şəkildə həkim nəzarətinə götürüləcək”.
Bunu AzVision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşa yardım komissiyasının üzvü Leyla Rzaquliyeva deyib.

O, bildirib ki, hazırda Bakı Səhiyyə Mərkəzində işləyən proqramın rayonlarda icrası üzərində iş aparılır.

L. Rzaquliyevanın sözlərinə görə, hazırda bir-neçə ana var ki, onların vəziyyəti kritikdir. Kritik vəziyyətdə olanlar daha çox Respublika Kliniki Xəstəxanasına, 3 saylı Sabunçu və 1 saylı Klinki Tibbi Mərkəzə müraciət edirlər:

“Bir neçə xəstənin hamiləliyi ağırlaşıb. Onlar da bu vəziyyətdən çıxacaqlar. Təəssüf ki, bu ağırlaşmalardan çıxmayanlar da olur. Çox gec müraciət edənlər var ki, onlar üçün artıq gecdir. Xəstələr qaraciyər, böyrək çatışmazlığının ən gec formasında müraciət edirlər. Bu zaman isə ağırlaşma bütün orqanlara öz təsirini göstərir. Hazırda bir belə xəstəmiz var. Onun sağ qalması üçün çalışırıq”-deyə Layla Rzaquliyeva bildirib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti