Bakı-Qazax yolu təmir olunur

Bakı-Qazax yolu təmir olunur
  13 Aprel 2016    Oxunub:1974
Payız-qış mövsümündən sonra respublika avtomobil yollarında asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin bərpası istiqamətində aparılan işlər çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində də təmir işləri həyata keçirilir.
“Azəravtoyol” ASC-dən AzVision.az-a verilən məlumata görə, təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır.

Sözügedən avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır.
Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

Ümumilikdə 22 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılır.

AzVision.az


Teqlər:






Xəbər lenti