AZAL-dan sərnişinlərə xəbərdarlıqi: Diqqətli olun, dələduzlar var

AZAL-dan sərnişinlərə xəbərdarlıqi: Diqqətli olun, dələduzlar var
  14 Aprel 2016    Oxunub:2273
Turizm sahəsində artan dələduzluq halları ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC xarici ölkələrə səyahət edən şəxsləri yalnız etibarlı turizm agentliklərinə müraciət etməyə çağırır.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, aviabiletlərlə bağlı problemlərlə üzləşməmək üçün AZAL Azərbaycan ərazisində aviaşirkətin biletlərinin satışı üzrə rəsmi müqaviləsi olan agentliklərin xidmətlərindən istifadə etməyə çağırır.

Aşağıdakı linkdə həmin agentliklərin siyahısı ilə tanış olmaq olar www.azal.az/az/article/31082015

Əlavə məlumat üçün:
Telefon: (012) 598 88 80 / *8880

AzVision.az


Teqlər:  






Xəbər lenti