262 müəllim imtahandan kəsilib - Maaşları artmayacaq
“25693 nəfərdən 28-i 100% nəticə göstərib. 100%-lik nəticə göstərənlərin 12-si Sumqayıt şəhər müəllimidir. İmtahanlarda ən yaşı nəticəni ingilis dili və coğrafiya müəllimləri göstərib. İştirak edən 25 693 nəfərin 262-si 10 faizdən aşağı nəticə göstərib.Yəni diaqnostik qiymətləndirmədən keçməyib.
Riyaziyyat müəllimlərinin nəticələri orta, ibtidai sinif müəllimlərinin nəticələri isə zəif olub. İmtahanlarda ən böyük problem isə metodika və bölmə üzrə olub. 30 nəfər qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb”.
Nazirlik rəsmisi qeyd edib ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əmək haqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişaf yönümlü təlimlərə cəlb edilməsidir.
Qeyd edək ki, 2016-cı il 1 yanvar tarixindən bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş müəllimlərin əmək haqqı artırılıb.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


