İlham Əliyev Davudoğlu ilə birgə naharda
“İslam dünyası tarixdə bütün mədəniyyətlərin mərkəzi olub, ən güclü dövlətlər bu məkanda yaranıb”, - deyən Əhməd Davudoğlu ümidvar olduğunu bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı bu coğrafiyada sülh və sabitliyin bərqərar olmasına yardım edəcək.
Türkiyənin baş naziri İslamı terrorla eyniləşdirməyə çalışan qüvvələrə qarşı birgə mübarizənin əhəmiyyətini vurğuladı, İslamla bağlı formalaşdırılan mənfi rəylərin aradan qaldırılması, Suriya, İraq və Liviyadan olan qaçqınlara yardımın göstərilməsi, İslam ölkələri arasında yüksək səviyyəli dialoqun baş tutması, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, İslam dünyasını parçalamaq təşəbbüslərinə qarşı birgə mübarizə aparılması, İslam dünyasına məxsus bütün işğal edilmiş ərazilərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tezliklə işğaldan azad olunması ilə bağlı ortaq mövqedən çıxış edilməsinin vacibliyini bildirib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə yaradılıb və özündə 60-a yaxın İslam dövlətini birləşdirir. BMT ilə sıx əməkdaşlıq edən təşkilatda bəzi ölkələrin müsəlman icmaları birləşib. Bir sıra beynəlxalq təşkilatların nümayəndələri də İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdirlər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


