Cəbhəboyu rayonlar minalardan təmizlənir

Cəbhəboyu rayonlar minalardan təmizlənir
  14 Aprel 2016    Oxunub:1373
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 7-14 aprel tarixlərində cəbhəboyu rayonlarda 49 ədəd partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib.
Bu barədə ANAMA-dan AzVision.az-a daxil olan hesabatda deyilir.

Aprelin 14-də Agentlik tərəfindən Tərtər, Ağdam, Goranboy və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat aşağıdakı kimidir:

Tərtər rayonu

Qapanlı kəndi - 3 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.

Qaradağlı kəndi - 2 ev, 5 partlayış yeri və 1 əkin sahəsinə baxış keçirilib, PHS aşkar edilməyib.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi - 2 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.

Ağdam rayonu

Ballar kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.

Ergi düzü - 1 fermaya baxış keçirilib, 1 ədəd 100 mm-lik top mərmisi aşkar edilərək götürülüb.

Füzuli rayonu

Horadiz şəhəri - şəhər və ətrafında 7 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamış, 3 ədəd partlamamış hərbi sursat aşkar olunaraq götürülüb.

Aprelin 14-də Agentlik tərəfindən 7 ev, 22 partlayış yeri, 2 əkin sahəsi və 1 fermaya baxış keçirilib, 19 partlamış və 4 partlamamış sursat aşkar edilərək götürülüb.

Ümumilikdə ANAMA tərəfindən 7-14 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 205 ev və həyətyanı sahəyə, 5 ferma və 3 əkin sahəsinə baxış keçirilib, 49 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə də əməliyyatlar davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti