Ötən gün nələr baş verdi? - Xronika

Ötən gün nələr baş verdi? - Xronika
  15 Aprel 2016    Oxunub:1792
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 14-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Düşmənin itkiləri artır: 92 erməni hərbçi məhv edilib

İşğalçı Ermənistan silahlı qüvvələrinin aprelin əvvəllərində Azərbaycanla təmas xəttindəki təxribatları nəticəsində erməni tərəfi 92 nəfər itirib.

***

Con Kerri Azərbaycanı nümunə göstərdi

ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə illik hesabatının ictimaiyyətə açıqlanması çərçivəsində dövlət katibi Con Kerri jurnalistlərə məlumat verib.

***

Sensasion açıqlama: 6 rayonun qaytarılması müzakirə edilir

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan sensasion bəyanatla çıxış edib.

***

Şəhidlərin məzarları fərqli olacaq - VİDEO

Şəhidlərin məzarları digər məzarlardan fərqli olacaq.

***

Azərbaycan neft hasilatını dondurur – KİV

Azərbaycan neft hasilatının dondurulması ilə bağlı təşəbbüsə qoşulacaq.

***

Ərdoğan ərəb kralı rus marşı ilə qarşıladı - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanın kralı Salman Bin Abdel Əziz əl Saudu ХХ əsrin əvvəllərində yazılan “Vətənlı bağlı kədər” rus marşının sədaları altında qarşılayıb.

***

Rza Zərrab məhkəmə qarşısına çıxarılır

ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab Nyo-Yorkda məhkəmə qarşısına çıxacaq.



Sosial evlər nə vaxt tikiləcək? - Hamı səbrsizliklə gözləyir

“Azərbaycanda sosial evlərin tikilməsi tamamilə realdır və yəqin ki, bu il mənzillərin tikintisinin şahidi olacağıq”. Bunu millət vəkili Musa Quliyev deyib.

***

Ermənilər Rusiya səfirliyini yumurta `atəşinə` tutub - VİDEO

Ermənistanın paytaxtı İrəvanda Rusiyaya qarşı etiraz aksiyası keçirilb.

***

Şəhid pilotların ailələrinə mənzil verildi

Şəhid pilotlarımızın ailəsinə mənzil hədiyyə olunub.

***

262 müəllim imtahandan kəsilib - Maaşları artmayacaq

Müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı yalnız 28 nəfər 100 faiz nəticə göstərib. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin aparıcı məsləhətçisi Sevinc Ağayeva nazirliyin jurnalistlər üçün keçirdiyi təlimdə deyib.

***

Ölkədən çıxışına qadağa qoyulanlara mesaj gələcək

Ədliyyə Nazirliyində qüvvədən düşmüş sənədlərin dövlət reyestrində toplanılan informasiya əsasında fiziki və hüquqi şəxslərin məlumatlandırılması xidməti ilə bağlı təqdimat keçirilib.

***

`Ermənistan qorxu içindədir` - Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi (MN) qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinə məxsus diversiya qrupunun guya qarşı tərəfə keçməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.

***

`Beş rayon ilin sonuna kimi Azərbaycana qaytarılacaq` - Rusiyadan açıqlama

"Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil. Çünki Rusiya rəhbərliyi Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmadığını yaxşı anlayır. Azərbaycan işğal altındakı ərazilərini azad etmək istəyir". Bunu rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozlarını açıqlayarkən deyib.

***

Sarkisyan Rusiyadan nə istəyir? - ŞƏRH

Qarabağ uğrunda gedən 4 günlük müharibədə ağır məğlubiyyətə düçar olan Ermənistanın siyasi və hərbi rəhbərliyi atəşkəs barədə razılıq əldə olunan andan acı məğlubiyyətə görə günahkar axtarışındadır. Rusiya bu məsələdə erməni tərəfinin əsas hədəfinə çevrilib.

***

`İşğalçı ordu Qarabağdan çıxmalıdır` - İƏT-in baş katibi

“Ermənistan BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına əməl etmir”. Bunu Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Zirvə toplantısında İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Əmin Madani bildirib.

***

`Mən nə sünniyəm, nə də şiə` - Ərdoğan (Video)

“İslam aləmində baş verən böhranlara başqa güclərin müdaxiləsini gözləmək əvəzinə, bu problemləri özümüz həll etməliyik. Onlar müdaxilə edəndə neft üçün müdaxilə edirlər”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısında çıxışı zamanı deyib.

***

Azərbaycan regionun ən zəngin ölkəsidir - Reytinq

ABŞ-ın nüfuzlu "Global Finance Magazine" nəşri dünyada ən zəngin ölkələrinin reytinqini tərtib edib.



İlham Əliyev müsəlman liderlərlə bir arada - FOTOLAR

İƏT-in qurucu üzvlərindən olan Türkiyənin ev sahibliyi etdiyi XIII Sammit “Ədalət və sülh üçün birlik və həmrəylik” devizi altında keçirilir.

***

`Ermənistan danışıqlar prosesini təhrif edib` - Məmmədyarov

Ermənistan tərəfi həmişə olduğu kimi, bu dəfə də danışıqlar prosesini yalnız özü bildiyi formada təhrif edib. Danışıqlar prosesinin mahiyyətinin təhrif edilməsi və birtərəfli qaydada təqdim edilməsi cəhdləri Ermənistanın münaqişənin həllinə qeyri-ciddi və destruktiv yanaşmasının daha bir göstəricisidir. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

***

Cəbhədə erməni təxribatı - Ordumuz şəhid verdi

Cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə davam edir.

***

Davudoğlu müsəlmanlara səsləndi: `Qarabağı azad etməliyik` (Video)

“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləməlidir”. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Zirvə toplantısında çıxışı zamanı deyib.

***

Putinin Qarabağ cavabı:`Əlimizdən gələni edəcəyik, amma...`

“Dağlıq Qarabağ münaqişəsi olduqca həssas mövzudur. Biz bu məsələyə diqqətlə yanaşmalıyıq”. Bu barədə Rusiya prezidenti Vladimir Putin vətəndaşların canlı yayımda suallarını cavablandırarkən deyib.

***

Bakıda dəhşətli qəza, qadının ayağı qopdu - VİDEO

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.



Əliyev Davudoğlu ilə görüşdü - 15 dəqiqəlik Qarabağ müzakirəsi

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə göüşüb.

***

İlham Əliyev: `Ermənistan silahlı təxribatlara əl atır`

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan prezident Ermənistanın 20 ildən artıq Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını deyib.

***

İlk hücum edən erməni tərəfi olub - XİN detalları açıqladı

Dağlıq Qarabağda son hərbi əməliyyatların bilavasitə Ermənistan tərəfindən başladıldığını sübut edən dəlillər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən müfəssəl şəkildə təqdim olunub. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın 2 aprel tarixindən etibarən başlanan hərbi əməliyyatlara görə məsuliyyəti Azərbaycanın üzərinə atmasına münasibət bildirərkən deyib.

***

Erməni Rusiyanı öz yumurtası ilə hədələyir - KARİKATURA

Ermənistanın paytaxtı İrəvanda Rusiyaya qarşı etiraz aksiyası keçirilb.

***

`Prezidentin Cəmiloğlu və Çubarovla görüşü olmayıb`

`Prezidentin Cəmiloğlu və Çubarovla görüşü olmayıb`. Bunu Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov deyib.

***

İpoteka ilə ev almaq üçün nə qədər maaş olmalıdır?

Azərbaycanda ipoteka krediti götürən şəxslərin aylıq gəlirlərinə görə, yeni pay bölgüsü məlum olub.

***

Qarabağdakı qondarma rejimin sponsoruna 4 il həbs verildi

Rusiyada 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinən erməni sahibkar Levon Ayrapetyana hökm oxunub.



Birinci xanımların görüşü - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə Lütfi Kırdar Konqres Mərkəzində görüş keçirib.

***

İrəvanın Azərbaycana qarşı çirkin Kazan oyunu

Ermənilər hiylə işlədərək bizi pis vəziyyətə qoymağa çalışırlar...

***

"Putin NATO”sunun generalları İrəvanda toplaşır

İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan ölkələrin hərbi komitəsinin növbəti iclası keçiriləcək.

***

Azərbaycanlı jurnalist Sarkisyanı özündən çıxardı - VİDEO

Sosial şəbəkələrdə Ermənistan prezidenti Serj Sarkisyanın mətbuat konfranslarının birindən görüntülər yayılıb.

***

`Ən böyük arzum Türkiyə ilə Azərbaycanın bir dövlət olması idi` - Türk general

"Ən böyük xəyalım, Türkiyə ilə Azərbaycanın yeganə dövlət olması idi". Bu sözləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlkər Başbuğ deyib.

***

`Bəşəriyyət uzun illərdir ki, bu problemlə üzləşib` - Mehriban Əliyeva

Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində "Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi" mövzusunda sessiya keçirilib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti