`Azərbaycanda qız uşaqlarının qüsurları gizlədilir`

`Azərbaycanda qız uşaqlarının qüsurları gizlədilir`
  15 Aprel 2016    Oxunub:2701
“Bəzən sağlam uşaqları qüsurlu kimi qələmə verən valideynlərə rast gəlinir”.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Әhliyyət Adıgözəlov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda 9144 sağlamlıq imkanı məhdud olan uşaq evdə təhsil alır. Onlardan 60%-i fiziki əqli qüsurlu, 40%-i isə fiziki qüsurlu uşaqlardır.

Ə.Adıgözəlov hesab edir ki, evdə təhsilə cəlb olunan fiziki qüsurlu uşaqların sayı azalır: “Ötən il bu rəqəm 10 mindən çox idi. Ciddi problemlərdən biri də qüsurlu uşaqların gizlədilməsidir. Bu əsasən qız uşaqlarına aiddir. Onların gələcəkdə ailə qurmasına görə qüsurları gizlədilir və təhsilə cəld olunmurlar”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti