`Mətbuatda neqativ yazıların getməməsinə çalışırıq`

`Mətbuatda neqativ yazıların getməməsinə çalışırıq`
  15 Aprel 2016    Oxunub:1476
Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuat orqanlarının 4 günlük hərbi əməliyyatlar zamanı fəaliyyətinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, parlamentdə çıxış edən MŞ sədri, deputat bildirib ki, mətbuat orqanları və saytlar bu müddətdə müdafiə nazirliyinin maraqlarına uyğun hadisələrə yanaşıb:

““Təəssüf ki, bəzi media orqanları baş verən olaylara kiçik prizmadan baxdı. Burada Milli Məclis barədə yazılanlar barədə danışdıldı. Bunlar kifayət qədər qərəzli, qeyri-obyektiv məlumatlar idi. Bu Mətbuat Şurasının diqqətindədir. Nəinki Milli Məclis, hər hansı qurum barədə neqativ yazıların getməməsinə çalışırıq”-deyə Ə.Amaşov vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti