Niyaməddin Orduxanlı MSK-nın əvəzedici üzvü seçildi

Niyaməddin Orduxanlı MSK-nın əvəzedici üzvü seçildi
  15 Aprel 2016    Oxunub:1396
Bu gün Milli Məclisin plenar iclasında “Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.

MSK-nın tərkibinə yeni üzvülərlə yanaşı 4 nəfər əvəzedici üzvülər də seçilib. Milli Məclisdə azlıq təşkil edən partiyaların əvəzedici heyyətinə bir nəfər- BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı daxil edilib.

Qanunvericliyə görə, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edir və bunlarla yanaşı 4 nəfər də əvezedivi heyyətə seçilir.

- Öncə mənə bu etimadı göstərən şəxslərə və o cümlədən hörmətli millət vəkilərinə mənə səs verdiklərinə görə, təşəkkürümü bildirirəm. Çalışacağam ki, göstərilən etimadı doğruldum,- deyə Orduxanlı bildirib.


Teqlər:





Xəbər lenti