Bu gün MSK-ya yeni sədr seçiləcək

Bu gün MSK-ya yeni sədr seçiləcək
  15 Aprel 2016    Oxunub:2591
Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ik iclası keçiriləcək.
AzVision.az-ın xəbərinə görə, iclasda MSK-ya sədr, sədrin müavini və katibləri seçiləcək.

Qeyd edək ki, MSK-nın yeni tərkibini Milli Məclis bu gün təsdiqləyib. Yeni tərkibə Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Mikayıl Rəhimov, Tofiq Həsənov, Almas Qəhrəmanlı və İlkin Şahbazov daxildir.

Xatırladaq ki, MSK-nın hazırkı sədri Məzahir Pənahovdur.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti