Şəhid pilotun övladları təhsil haqqından azad edildi
Türk Dünyası Bakı Atatürk Liseyinin müdiri Ali Devrim tədbir iştirakçılarına Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqanın mesajlarını çatdırıb. A.Devrim qeyd edib ki, indən sonra Tayfun və Onurun bütün təhsil haqları və təhsilləri üçün lazımlı nə varsa Türk Dünyası Araşdırmaları Vəqfi öz üzərinə götürüb.
Tədbirdə çox həssas məqamlar yaşanıb. Rütbəli hərbçilərimizin çıxışı lisey şagirdlərində ruh yüksəkliyi yaradıb. Hətta bir çox şagird pilot olacağı qərarı verib. Həmin gün Təbrizlə birgə göylərə qalxan pilotların çıxışları isə tədbir iştirakçılarını xeyli kövrəldib.
Onu da qeyd edək ki, şəhidimiz dəfn edilərkən də Tayfun və Onurun bütün müəllimləri və liseydəki dostları onunla birlikdə idi.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


