Ayda 100 manata, girovsuz ev almaq şansı - VİDEO

Ayda 100 manata, girovsuz ev almaq şansı - VİDEO
  16 Aprel 2016    Oxunub:3560
Vətəndaşlar ayda cəmi 80- 100 manat ödəməklə ev sahibi ola biləcək. Heç ilkin ödəniş də tələb olunmayacaq. Sosial evlər sadəcə paytaxda deyil regionlarda da inşa ediləcək. Milli Məclisin komitə sədri Hadı Rəcəbli sosial evlərin kimlərə satılacağını da açiqlayıb.
Nə ilkin ödəniş olacaq, nə də ki, girov qoymaq. Aylıq kirayə pulu qədər vəsait ödəməklə mənzil sahibi olmaq mümkün olacaq. Sosial evlərlə bağlı təfərrüatları milli məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli açıqlayıb. Hadı Rəcəbli bu evlərin hər kəs üçün əlçatan olması ilə fərqlənəcəyini deyib...

Ən önəmli məqamlardan biri isə bu evlərin yalnız Bakıda deyil, bölgələrdə də tikiləcəyi ilə bağlıdır. Yəni mənzilə ehtiyacı olan hər kəs bu tələbatını elə yaşadığı yerdə ödəyə biləcək.

Parlamentin komitə sədri sosial evlərin verilməsi zamanı üstünlük veriləcək sosial təbəqələri də açıqlayıb.

Belə evlərin qiymətlərinin ucuz olması da ödənişi həyata keçirənlər üçün o qədər ciddi problem yaratmayacaq. (Xəzər tv)




Teqlər:





Xəbər lenti