BQXK-dan şəhidimizlə bağlı Açıqlama

BQXK-dan şəhidimizlə bağlı Açıqlama
  16 Aprel 2016    Oxunub:1728
Ermənistan mətbuatı aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin tapılması barədə məlumat yayıb. Lakin onun rütbəsi və adı barədə heç bir məlumat verilməyib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova AzVision.az-a açıqlamasında xəbərdən məlumatlı olduğunu bildirib.

“Biz tərəflərlə dialoq aparırıq. Amma bu dialoqun mövzusu ictimaiyyət üçün açıqlanmır”, - deyə İ.Hüseynova qeyd edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçumuzun meyitinin döyüş meydanında tapılması ilə bağlı erməni tərəfinin yaydığı xəbəri təsdiq edib.

Bildirilib ki, hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti