Şəhidimiz təltif edildi - Mübariz İbrahimova verilən mükafat

Şəhidimiz təltif edildi - Mübariz İbrahimova verilən mükafat
  16 Aprel 2016    Oxunub:12179
Cəbhə xəttində gedən döyüşlərdə qəhramancasına şəhid olan əsgər, Bakı şəhər sakini Dadaşov Tural Sabir oğlu ölümündən sonra mükafata layiq görülüb.
Bu barədə AzVision.az-a şəhid əsgərin anası Kəmalə Dadaşova məlumat verib.

O, bildirib ki, Tural Dadaşov “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının təsis etdiyi "Vətən övladı" qızıl ordeni ilə təltif edilib.

Mükafat şəhidin ailəsinə təqdim olunub.

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimov da bu mükafata layiq görülüb.



Xatırladaq ki, 1993-cü il təvəllüdlü T. Dadaşov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti