Ermənilər informasiya hücumuna başlayır – Qlobal Forumu Müdafiə edək!

Ermənilər informasiya hücumuna başlayır – Qlobal Forumu Müdafiə edək!
  18 Aprel 2016    Oxunub:12087
Ermənilər aprelin 25-27-də Bakıda keçiriləcək Qlobal Foruma qarşı böyük kampaniya aparacaqlar. Bunun üçün xüsusi təlimatlar hazırlanıb, Twitter və Facebook-da haştaqlar yaradılıb.

AzVision.az xəbər verir ki, onlardan ən əsası #UNAOCBaku2016 #BoycottBaku2016 haştaqlarıdır. Onların hər ikisində artıq aktivlik müşahidə olunmaqdadır.

Ermənistanda tanınmış blogger və informasiya təhlükəsizliyi üzrə ekspert sayılan Samvel Martirosyan bu istiqamətdə xüsusi fəallıq göstərir.
O, ermənilərin Twitter-də paylaşmaları üçün xüsusi hazır tvitlər bazası yaradıb və onları açıq istifadə üçün BURADA yerləşdirib.



Hazır tvitlərdə Qlobal Forumla bağlı boykot çağırışları yer alır, Azərbaycanı ləkələyən yalan və saxta məlumatlar əks olunur, ökəmiz İŞİD-lə bir tutulur, forumun ləğvilə bağlı BMT-yə və onun rəhbərinə müraciətlər edilir.

Artıq müxtəlif erməni bloggerlər və fəallar çağırışa qoşulublar, onlar insanları qeyd etdiyimiz haştaqlara daxil olaraq, təklif olunan tvitləri paylaşmağa və başqalarının paylaşdığını retvitləməyə çağırıblar.



Bununla bağlı AzVision.az sosial şəbəkə istifadəçilərinə və media mənsublarına müraciət etməyi lazım bilir.

Əziz dostlar!
Əgər Qlobal Forum çox vacib və ölkəmiz üçün önəmli bir tədbir olmasa, erməniləri bu qədər narahat etməzdi.
Göründüyü kimi, düşmən tərəf informasiya müharibəsində yeni geniş hücuma hazırlaşır. Onlar bunu böyük kütlə şəklində etdikləri üçün, ayrı-ayrı şəxslər, media orqanları, qurumlar təklikdə heç nə edə bilməzlər. Bu vəziyyətdə biz ancaq birlikdə nəsə etməyə qadirik!
Əziz dostlar, gəlin, ölkəmizin ev sahibliyi etdiyi vacib tədbiri – Qlobal Forumu düşmənin informasiya hücumundan qoruyaq!
Bunun üçün biz qeyd etdiyimiz haştaqlarda Azərbaycan, Qarabağ və Qlobal Forumla bağlı müsbət, ermənilərlə bağlı isə mənfi məlumatlar yerləşdirməklə, haştaqları öz nəzarətimizə götürməliyik.

Biz çoxuq, biz güclüyük, ona görə də bunu asanlıqla bacara bilərik- əgər istəsək, əgər birləşsək.
Gəlin birləşək və düşmənə kim olduğumuzu göstərək.

Dərin hörmətlə, AzVision.az komandası

P.S. AzVision.az -ın xarici dilli komandası ermənilərlə informasiya müharibəsində sizə isənilən köməyi göstərməyə hazırdır. Sadəcə, Tvitterdə bizimlə və əməkdaşlarımızla əlaqə saxlayın.


Teqlər:  






Xəbər lenti