Deputatlarımız Soçiyə gedir

Deputatlarımız Soçiyə gedir
  18 Aprel 2016    Oxunub:1696
Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Parlamentdən AzVision.az-a verilən məlumata görə, deputat Rasim Musabəyov “Vətəndaş cəmiyyəti və ictimai diplomatiyanın Şanxay Əməkdaşlıq Təşkilatının genişlənməsində və inkişafında rolu” mövzusunda Beynəlxalq Forumda iştirak etmək üçün aprelin 18-dən 21-dək Rusiyanın Soçi şəhərində səfərdə olacaq.

Deputat toplantıda müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək.

Deputat Kamran Bayramov isə NATO Parlament Assambleyasının 91-ci Rouz-Rout seminarında iştirak etmək üçün aprelin 19-dan 24-dək Mərakeşdə səfərdə olacaq.

AzVision.az


Teqlər:  






Xəbər lenti