`Bu qiymətlərlə inanmıram ki, kimsə Bakıya gəlsin`
“Bu dərslik deyil. Mədəniyyət və Turizm nazirliyində bunu qanunu ordan-burdan yığıblar sonra göndəriblər ki, Milli Məclisin hüquq şöbəsi işləsin. Qanun praktiki rol oynamalıdır, bu isə tam nəzəridir”.
A.Əlizadə qeyd edib ki, ötən komitə iclasında müzakirələr zamanı təklif edildi ki, qiymətlər aşağı salınsın:
“Nazir müavini isə bizə deyir ki, “kim necə istəyirsə elə də ulduz yapışdırıb”. Ulduz yapışdırmaq sizin nazirliyin səlahiyyətinə aiddir. Ulduzları siz verirsiniz. Belə çıxır ki, sabah taxta bir ev tikim üstünə 7 dənə ulduz yapışdırım. Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin Türkiyədə nümayəndiliyinin yaradılması absurddur. Guya oradan bizə turist göndəriləcək?.
Biz elə yerlərdə nümayəndəlik yaratmalıyıq ki, oradan ölkəmizə turist gəlsin. Novruz bayramında Bakıya turistlər gəlmişdi. Onlar hamısı bayramda gələn turistlərdir. Gəlin baxaq yay fəslində həmin turistlər gələcəkmi? Bu qiymətlərlə inanmıram ki, kimsə bura gəlsin”.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


