İlham Əliyev həmkarına başsağlığı verdi

İlham Əliyev həmkarına başsağlığı verdi
  18 Aprel 2016    Oxunub:2029
Azərbaycan Prezidenti İlham Əliyev Ekvador Respublikasının Prezidenti Rafael Korrea Delqadoya ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanlarla bağlı başsağlığı məktubu ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, məktubda deyilir:

-Ölkənizdə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ekvador xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

AzVision.az


Teqlər:






Xəbər lenti