Sarkisyan Qarabağa niyə gəlib? - ŞƏRH
Onun sözlərinə görə, Sarkisyanın Xankəndinə səfərində ikinci məqsədi Azərbaycanı təxribata çəkməkdir: "Yəni Sarkisyan ona ümid edir ki, o Xankləndində olduğu müddətdə cəbhədə vəziyyət gərginləşsin və o beynəlxalq aləmə deyə bilsin ki, Azərbaycan ordusu onun Dağlıq Qarabağa səfərini pozmaq üçün atəşkəsi pozur. Ona görə də Sarkisyana bu fürsət vermək lazım deyil, görüşlərini keçirib helikopterinə minib Ermənistana qayıtsın. Onsuz da onun Xankəndinə gəlişi bölgənin erməni əhalisini ruhlandırmayacaq. Sarkisyan yalandan generallarla bir-iki görüş keçirib, xəritələrin qarşısında poz verib çıxıb gedəcək. Biz isə öz işimizi davam etdirməliyik, hər gün, hər saat işğalçı snayper və ya minomyot atəşindən itki verməlidir, hərbçilərinin sayı azalmalıdır, dronlarımız əvvəlkitək işğalçıları vahimə içində saxlamalıdır. Bu prosesi Serj Sarkisyanın Xankədinə səfərləri dayandırmaq imkanında deyil. Bunu erməni cəmiyyəti anlamağa başlayır. Sadəcə, elə etməliyik ki, bunu daha tez anlasınlar".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


