`Əsas günahkar Ermənistan rəhbərliyidir`- Rusiyalı politoloq
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan politoloq bildirib ki, bu problemin uzun müddət davam etməsinin əsas günahı BMT-nin müvafiq qətnamələrində əks olunmuş beynəlxalq hüquq normalarına və Dağlıq Qarabağ üzrə “Madrid prinsipləri”nə əməl etməyən Ermənistan rəhbərliyindədir.
`Cəbhədə son hadisələr dondurulmuş danışıqları hərəkətə gətirdi və tezləşdirdi, Azərbaycana öz ordusunun qüdrətini və cəmiyyətin ictimai-siyasi həmrəyliyini nümayiş etdirmək imkanı verdi`,-deyə politoloq vurğulayıb.
Markovun fikrincə, döyüş əməliyyatlarının bu dərəcədə tez dayandırılması da ölkə rəhbərliyinin siyasi gücünün göstəricidir, çünki vəziyyətə tam nəzarət olunduğunu və münaqişəni danışıqlar masası arxasında həll etmək istəyini göstərir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


