`Avtovağzal` stansiyası bu gün açılır

`Avtovağzal` stansiyası bu gün açılır
  19 Aprel 2016    Oxunub:7410
Bu gün Bakı metrosunun "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyasının açılışı olacaq.
AzVision.az-ın məlumatına görə, bu dəqiqələrdə "Memar Əcəmi-2" stansiyasının açılışı həyata keçirilir. Açılışda metropoliten rəhbərliyi iştirak edir. Daha sonra "Avtovağzal" stansiyası istifadəyə veriləcək.

Qeyd edək ki, "Memar Əcəmi-2" stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb.

"Avtovağzal" stansiyasının isə 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin, fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. Hər iki stansiya və bundan sonra "Bənövşəyi xətt" üzrə tikiləcək stansiyaların paltformasının uzunluğu 144 metrdir. "Avtovağzal" stansiyasında iki ədəd piramida quraşdırılıb ki, burada çıxışın biri Bakı-Sumqayıt yolunun altından keçməklə, Biləcəri istiqamətində, ikincisi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinədir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti