Ötən gün nələr baş verdi? - Xronika

  19 Aprel 2016    Oxunub : 1972
Ötən gün nələr baş verdi? - Xronika
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 18-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Azərbaycan cüdoçuları Avropa Kubokunu qazanıblar

Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub.

***

Ermənilər Baş qərargah rəisinin dəbdəbəli sarayının fotolarını yaydı

Aprel ayının əvvəlində dördgünlük müharibə zamanı Ermənistan ordusunun strateji yüksəklikləri əldən verməsi ictimaiyyətin ölkə rəhbərliyi və Müdafiə Nazirliyinin kəskin tənqid etməsi ilə nəticələnib.

***

Ermənistan rejimi cəsədləri təhqir edir - Rəsmi Bakı

"Ermənistan tərəfinin əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq Azərbaycan hərbi qulluqçusunun nəşinin nümayişkarcasına qaytarmaqdan imtina etməsi beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il Cenevrə konvensiyası və əlavə protokolların normalarının rəsmi Yerevan tərəfindən növbəti kobud pozulmasıdır". Bu bəyanatla Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib.

***

`Qarabağdakı son dramatik hadisələr...` – ATƏT PA sədri

"Son bir ayda həm Ukrayna, həm də Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son dramatik hadisələr münaqişələrin sabitliyi pozmaq və insan itkiləri gətirmək potensialını nümayiş etdirdi".



Ermənilər informasiya hücumuna başlayır – Qlobal Forumu Müdafiə edək!

Ermənilər aprelin 25-27-də Bakıda keçiriləcək Qlobal Foruma qarşı böyük kampaniya aparacaqlar. Bunun üçün xüsusi təlimatlar hazırlanıb, Twitter və Facebook-da haştaqlar yaradılıb.

***

Talış ətrafında döyüşlər – İki erməni hərbçi yaralandı

Ötən gün Azərbaycan – Ermənistan təmas xəttində atışma baş verib.

***

Qarabağda müharibə ocağı yaratmaq istəyirdilər

Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətin bu yaxınlarda gərginləşməsi Rusiyaya müxalif güclərin ölkəmizlə sərhəddə yeni müharibə ocağının yaradılması cəhdidir. Bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib.

***

BQXK şəhidin meyitinin qaytarılması üçün danışıqlara başlandı

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) aprelin 2-dən 5-dək cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısının alınması ilə bağlı gedən döyüşlərdə ermənilər tərəfindən öldürülən azərbaycanlı hərbçinin meyitinin alınması ilə bağlı yenidən danışıqlara başlayıb.

***

Xaricdə təhsil üçün kvota tətbiq olunacaq- Nazir

“Xaricdə təhsili üzrə birinci Dövlət Proqramında (2007-2015) 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə ediblər, 1500 çox tələbə bu gün də təhsillərini davam etdirirlər”. Bunu Təhsil naziri Mikayıl Cabbarov blogger Vyaçeslav Sapunova müsahibəsində xaricdə təhsillə bağlı suala cavab verərkən belə deyib:

***

`Erməni əsgərləri bir-birlərini güllələyib` - Müdafiə Nazirliyi

Ermənistan mətbuatının qoşunların təmas xəttində guya Azərbaycan tərəfindən təxribat törədilməsi və cəbhənin şimal istiqamətində 2 erməni hərbçisinin yaralanmasına dair yaydığı məlumatlar hərbi əməliyyatların dayandırılması barədə razılığın kobud surətdə pozulmasına hesablanıb. Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

***

Bəzi məhsullar ƏDV-dən azad edilə bilər - Siyahı

Vergilər Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

***

Sahibkarların Diqqətinə: Yoxlamalar istənilən vaxt bərpa edilə bilər

Vergilər Nazirliyi hökumət üzvləri ilə birlikdə Azərbaycan üçün strateji məhsulların siyahısını müəyyənləşdirib, differensasiya məsələsinə baxa bilər. Bunu parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib.

***

Azərbaycanlı səfir oğlu ilə bir səhnədə - VİDEO

Rusiyanın Novosibirsk şəhərində baş tutan “Uşaqlardan-uşaqlara” Transsibir art-festivalında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da çıxış edib.



Prezident avtobus deposunun açılışında - FOTOLAR

Aprelin 18-də Azərbaycan prezidenti İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ikinci deposunun açılışında iştirak edib.

***

“Keyfiyyətsiz dərman gətirənlər 10 qat cəzalandırılmalıdır”

“Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Belə bir zamanda insanlarımız torpaqlarımızın hər qarışından səmərəli şəkildə istifadə etməlidirlər”. Bunu paramentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Əli Məsimli deyib

***

`Sosial evlər yaxın zamanda tikiləcək` - Əli Əhmədov

“Maddi imkanları aşağı olan insanların tibbi sığortası dövlət tərəfindən maliyyələşdiriləcək, yüksək olan insanlar isə tibbi sığorta haqlarının böyük hissəsini özləri ödəyəcəklər. Beləliklə səhiyyə sistemi üçün vacib sayılan əlavə resursların cəlb olunması təmin ediləcək”. Bu barədə baş nazirin müavini Əli Əhmədov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi tanış olarkən deyib.

***

Ermənilər türk TIR-larına hücum etdi

Ermənilər Türkiyə-Gürcüstan sərhədində "Çıldır-Aktaş" gömrük məntəqəsindən Türkiyəyə girmək istəyən ağır tonajlı yük maşınlarına (TIR) hücum ediblər.

***

`Qarabağda kövrək atəşkəs mövcuddur` - Aqramunt

"Dağlıq Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs mövcuddur. Mən hər zaman Avropa Şurasına 47 üzv dövlətini hər birinin ərazi bütövlüyünə dəstək nümayiş etdirmişəm". Bunu Parlament Assambleyasının yaz sessiyasının açılışında AŞPA prezidenti Pedro Aqramunt deyib.

***

"Exchange"lər yenidən açılır

Azərbaycanda valyuta-dəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilə bilər.

***

Sabah ermənilər Rusiyanın İrəvandakı səfirliyinin binası qarşısında erməni iş adamı Levon Ayrapetyanın azadlıqdan məhrum edilməsinə etiraz olaraq aksiya keçirəcək.



Sumqayıt Bulvarını belə görməmisiniz - FOTOLAR

Sumqayıt şəhərində yeni dənizkənarı bulvarda işlər sürətlə davam etdirilir.

***

Qənirə Paşayeva AŞPA-da erməniləri qınadı

Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Büronun inkişaf qətnaməsi”nin müzakirəsi zamanı ön cəbhədə baş verən son hadisələrlə bağlı Azərbaycana qarşı itttiham dolu çıxış edən erməni deputat Samvel Farmanyana sərt cavab verib.

***

“Nazir müavinin turizm sahəsindən xəbəri yoxdur”

Milli Məclisinin Əmək və Sosial siaysət komitəsinin iclası keçirilib. İclasda “Sosial sığorta haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

***

`Neft danışıqları Ərəbistana görə baş tutmayıb`– Energetika naziri

Rusiyanın energetika naziri Aleksandr Novak Dohadakı görüşdə nəticənin əldə olunmamasında Səudiyyə Ərəbistanını günahlandırıb.

***

Putinin `Qarabağ planı`nda nələr var?– Diplomatik mənbə

Rusiya və şəxsən RF prezidenti Vladimir Putin yaxın günlərdə başlayacaq Dağlıq Qarabağ danışıqları üzrə kompromisə nail olmaq üçün aktiv şəkildə səy göstərəcək.

***

`Heç kimə güzəştə getməyəcəyik` - Bahar Muradova

Almaniyada “ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərinə ATƏT Parlament Assambleyası və onun üzvlərinin geniş töhfə vermək imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət” mövzusunda seminar keçirilib.

***

Hərbçimizin meyitinin ermənilərdə olduğu sübuta yetirilib

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir daha bəyan edir ki, aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya uyğun olaraq tərəflərin nəzarəti altında olan hərbçilərin meyitlərinin qarşılıqlı repatriasiyasının pozulmasında məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür".

***

Ermənistanın `çirkli bomba`sı var? – DOSYE

Aprelin 16-da Ermənistanın müdafiə naziri Seyran Ohanyan ictimai televiziyanın efirində maraqlı və gözlənilməz bir fikir işlətdi: “Bizim döyüşdə tətbiq etmədiyimiz elə silah növlərimiz var ki, düşmənin heç ağlına da gəlməz”. Bu, səhvən ağızdan qaçan bir söz deyildi. Çünki eyni fikri Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Artsrun Ovannisyan da səsləndirib.

***

Azərbaycan yeni raketlər alır - Video

“Biz nəzərdə tutmuşuq ki, ilin sonuna qədər 5 yeni zirehli maşın istehsalını həyata keçirək". Bunu Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov deyib.



Leyla Əliyevadan çağırış - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 1-də Bakıda baş tutacaq “Bakı Marafonu 2016” ilə bağlı çağırış edib.

***

Gürcüstanda uran satan 3 erməni tutulub

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları nüvə materialının qanunsuz satışı ilə məşğul olmağa cəhd göstərən üç Gürcüstan və üç Ermənistan vətəndaşını saxlayıb.

***

Sarkisyan Azərbaycanın işğal altında olan torpaqlarında

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

***

Erməni yalanları AŞPA-da ifşa edildi

Aprelin 18-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda işə başlayan yaz sessiyasının iclasında Ermənistan nümayəndə heyətinin üzvləri Azərbaycanı Dağlıq Qarabağda müharibəyə başlamaqda ittiham etmək istəyiblər, lakin onların bu cəhdləri boşa çıxıb. Ənənələrinə uyğun olaraq çeynənmiş sözlərdən istifadə edən erməni deputatlar hətta ədalətli mövqe sərgiləyən AŞPA-nın sədri Pedro Aqramuntu Azərbaycanı dəstəkləməkdə ittiham etməkdən belə çəkinməyiblər ki, bu da Assambleya üzvlərinin etirazı ilə qarşılanıb.

***

`Rusiya Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməlidir` - Erməni siyasi icmalçı
Erməni rəhbərliyini kapitulyasiya qərarına sövq etməyə cəhdi iqtidar partiyalarının həyəcanlı davranışında görmək olar.

***

Prezident viza prosedurlarını sadələşdirdi - Sərəncam

Prezident İlham Əliyev Ümumdünya Şahmat Olimpiadasının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.



İrəvanda Rusiyaya qarşı etiraz aksiyası keçiriləcək

Ermənistanın paytaxtı İrəvanda Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək.

***

İsraildə güclü partlayış - 21 nəfər yaralanıb (VİDEO)

Yerusəlimin Xevron küçəsində boş avtobus partlayıb.

***

Putin Qarabağ məsələsini şəxsi nəzarətinə götürüb

Rusiya prezidenti Vladimir Putin şəxsən Ermənistan və Azərbaycan tərəfdən siyasətçiləri Dağlıq Qarabağ məsələsində yaxın vaxtlarda kompromisə getməyə inandırmağa çalışacaq.

***

`Hər şeydən imtina etməyə hazıram...` - İlhamə Quliyevanın oğlu

Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov anasının mirasından danışıb.

***

ATƏT-in iclasında Ermənistan sərt tənqid edildi

ATƏT Parlament Assambleyası Almaniyanın Lansvayler şəhərində "ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərinə ATƏT PA və onun üzvlərinin geniş töhfə vermək imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət" mövzusunda seminar təşkil edib.

***

Rusiyadan Türkiyə vətəndaşlarına növbəti qadağa

Rusiya xidməti və xüsusi işlərlə bağlı ölkəyə səfər edəcək Türkiyə vətəndaşlarına viza tətbiq edib.

***

İrəvan hospitalında onlarla yaralı erməni əsgəri var

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında 49 yaralı hərbçi var.

***

`Əsas günahkar Ermənistan rəhbərliyidir`- Rusiyalı politoloq

Azərbaycan rəhbərliyinin yürütdüyü xarici siyasi kurs düzgün seçilib və çox dəqiq yerinə yetirilir. Bunu dövlətimizin dünya məkanında qazandığı uğurlar, müxtəlif dövlətlər, o cümlədən Rusiya ilə möhkəm dostluq münasibətlərinin sürətlə inkişafı təsdiq edir. Azərbaycan özünü etibarlı və güclü siyasi və iqtisadi tərəfdaş kimi təsdiq edib`. Bunu Rusiyalı politoloq Sergey Markov deyib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az

Teqlər: