“BakuBus” yeni marşrutlar açır

“BakuBus” yeni marşrutlar açır
  19 Aprel 2016    Oxunub:1701
“İntensiv hərəkət sıxlığı və sərnişin təlabatı nəzərə alınaraq “BakuBus” MMC-nin II Deponun yaradılması zərurəti meydana çıxdı”.
Bu sözləri AzVision.az-a açıqlamasında “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O, hədəflərinin bütün Bakını əhatə etmək olduğunu deyib.

"İlk depo açıldığı gündən ilkin şəkildə 14 marşrut xətti ilə Bakınnın mərkəzi küçələrini əhatə etmək planımızda var idi və artıq 8 xətlə xidmətdəyik. Məhz intensiv hərəkət sıxlığı və sərnişin təlabatı nəzərə alınaraq “BakuBus” MMC-nin II Deponun yaradılması zərurəti meydana çıxdı”.

Qurumun sözçüsü yeni xətlərin açılacağı istiqamətlərlə bağlı hələ ki, aidiyyatı qurumlar tərəfindən də təkliflər üzrə optimal variantların işlənib hazırlandığını qeyd edib.

Qeyd edək ki, dünən "BakuBus" MMC-nin “Koroğlu” stansiyasının yaxınlığında yerləşən II Deposunun açılışı olub.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti