`Gözəllik salonlarından yığılmış qızlar Sarkisyanı...`
Deputat bildirib ki, bunlardan biri də guya cavan qızlardan olan könüllülərin hərbi hazırlıq keçərək cəbhə xəttinə göndərilməsi xəbəridir: “Ermənistan ordusunda əsgər çatışmamazlığı əvvəldən də məlum idi. 9,7 milyon nəfərli Azərbaycana qarşı 3 milyon nəfərli Ermənistanın zəif canlı qüvvəsi açıq-aydın görünürdü. Son hadisələrdə isə erməni əsgərinin Sarkisyanın hakimiyyətini müdafiə etmək üçün öz canından keçəmk istəmədiyi məlum oldu. Artıq açıq şəkildə Ermənisan vətəndaşları öz övladlarını işğal edilmiş ərazilərə hərbi xidmət çəkməyə göndərməkdən imtina edirlər.
Bu situasiyada isə erməni təbliğat maşını guya erməni qızlarının cəbhəyə getmək istəməsi barədə kampaniyasına başlayıb. Yerevanın gözəllik salonlarından və teatr səhnələrindən yığılmış erməni qızları videokameralar qarşısında Sarkisyana lazım olan bəzəkli patriotik sözlər deyirlər. Bununla Ermənistanda əsgərlikdən boyun qaçıran gənclərə təsir etmək və Azərbaycana yönəlik bir siyasət işlətmək istəyirlər. Azərbaycanda isə bəzi insanlar tələsik "cəbhədə Azərbaycan oğlanlarının o qızları gözlədikləri", "azərbaycanlı oğlanların erməni qızlarına xüsusi marağı var" kimi yarızarafat-yarıciddi cəfəng və təhlükəli fikilər yaymağa başladılar. Bununla da "erməni təbliğat virusunu" cəmiyyətimizə yaymağa başlayırlar”, - deyə A.Mirzəzadə qeyd edib.
YAP-çı millət vəkili qeyd edib ki, bu fikri səsləndirənlər ilk növbədə Azərbaycan qadınına öz hörmətsizliyini göstərmiş və azərbaycanlı kişisinin adını ləkələmiş olurlar: “”Bu yerində olmayan zarafatlar erməni xisləti ilə tanış olmayan cavan oğlanlarda zərərli bir maraq yaratmış olurlar. Qarşı tərəfimizdə kimin durmasında asılı olmayaraq o düşmənimizdir və Xocalının məsuliyyəti silahını Azərbaycana tərəf tuşlayan istənilən şəxsin də üzərinə düşür”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


