Qardaşını öldürən şəxs tutuldu

Qardaşını öldürən şəxs tutuldu
  19 Aprel 2016    Oxunub:1840
Neftçalada ailə-məişət münaqişəsi zəminində qardaş qardaşı güllələyib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, aprelin 19-na keçən gecə Neftçala rayonunun Mirqurbanlı kəndində kənd sakini Dadaş Əliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Fəridi öldürüb.

Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti