Nazir supermarket rəhbərlərini dinlədi
İqtsadiyyat Nazirliynin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, nazir Şahin Mustafayev müraciət edən supermarketlərin nümayəndələri ilə görüşüb, hazırda onlara güzəştlərin edilməsi məsələsi araşdırılır.
“Onlar topdan və pərakəndə satışda ƏDV-dən azad olunmaları üçün müraciət etmişdilər. Nazirlik həmin şxəslərin müraciətinə operativ reaksiya verdi. Nümayəndələrlə görüş keçirildi, məsələnin araşdırılacağına dair onlara söz verildi”.
Qeyd edək ki, “Rahat market” şəbəkəsinin 28 mağazasından 10-u bağlanıb, yüzlərlə işçi iş yerini itirib. Bundan narahat olan “Bizim” marketlər şəbəkəsi adından təsisçi Rasim Salmanov, “FRESKO” və “SƏBƏT” marketləri adından direktor Kamran Eyyubov, “Rahat” marketlər şəbəkəsi adından təsisçi Cəlal Babakişiyev, “Makromart” marketlər şəbəkəsinin təsisçisi Kamal Əliyev, “Araz” marketlər şəbəkəsi adından İlqar Nuri, “Neptun” maketlər şəbəkəsi adından direktor Vüqar İbrahimov, “Bolmart” marketləri adından Elçin Kərimov, “Favorit” marketlər şəbəkəsi adından Aydın Əzizov, “Mega store” və “Sarı” marketləri adından Eşqin İsmailli müraciət ünvanlayıblar.
Şahanə Rəhimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


