İki gün əvvəl polkovnik rütbəsi almışdı, həlak oldu...

İki gün əvvəl polkovnik rütbəsi almışdı, həlak oldu...
  19 Aprel 2016    Oxunub:49978
Təhlükəsizlik qaydalarının pozulması nəticəsində həyatını itirən polkovnik-leytenant Sənan Axundov müğənni Günay İbrahimlinin qohumudur.
AzVision.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb.

“Polkovnik-leytenant Sənan Axundov Lələ təpə istiqamətində minaya düşərək şəhid olub. İki gün idi ki, polkovnik rütbəsi almışdı, çox pis oldum, evin tək oğlu idi. Allah rəhmət eləsin, səbr versin”.

Müdafə Nazirliyi mətbuat xidmətindən bildirilib ki, S. Axundov təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.



AzVision.az


Teqlər:  






Xəbər lenti