Erməni deputat AŞPA-da çətin vəziyyətdə qaldı
Azərbaycanlı deputat avropalı parlamentariləri Zohrabyandan ölkəsinin prezidentinin harada olduğunu soruşmağı təklif edib. Bildirib ki, Ermənistan prezidenti indi hərbi formada Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağdadır. Ermənistan prezidentinin işğal altında olan Azərbaycan torpaqlarında nə işi var?
Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bütün dünya, AŞPA da daxil olmaqla beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatların Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən çoxlu sayda sənədləri var. Ermənistan nümayəndə heyəti isə Avropa tribunasından istifadə edərək Dağlıq Qarabağ ermənilərini qabağa verib ölkələrinin işğalçılığını, törətdikləri cinayətləri gizlətmək niyyətindədirlər. Ancaq bu, mümkün deyil, beynəlxalq ictimaiyyət artıq həqiqətləri bilir.
Artıq 20 ildir Azərbaycan problemin sülh yolu ilə həllinə çalışır, AŞPA-nın, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini gözləyir. Biz AŞPA-nın 1416 saylı qətnaməsinin həyata keçirilməsini tələb edirik. Ermənistan bu qətnaməni yerinə yetirərsə, işğal bitər, problem öz həllini tapar, gərginlik də sona çatar. Ancaq Ermənistan qətnamələri yerinə yetirməkdən imtina edir. Kimdir problemin həllini istəməyən tərəf? Əlbəttə, Ermənistan. Zohrabyan cavab versin görək niyə Ermənistan AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirmir? Erməni deputatlar yanlış fikirlər səsləndirməkdənsə, ölkələrinin rəhbərindən AŞPA qətnamələrinin yerinə yetirilməsini tələb etməlidirlər.
Q.Paşayeva avropalı parlamentariləri Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb. (Azərtac)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


