Avtomat sələfi EM-14-də olduğu kimi uzunluğu tənzimlənən 6 pilləli teleskopik qundağa malikdir. Ön hissədə əlavə – sökülüb qurula bilən ikinci tutacaq tətbiq olunub.
Qeyd edək ki, bundan əvvəl – 2015-ci ilin fevral ayında MSN Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilmiş İDEX-2015 sərgisində ilk dəfə 5.56×45 mm çaplı EM-14 avtomatını nümayiş etdirib.
EM-14 xarici dizayn baxımından AK-47 xəttinə əsaslanır. Lakin bu silah özünün texnoloji prinsiplərinə və tətbiq olunmuş yeniliklərinə görə, “Kalaşnikov” avtomatından əhəmiyyətli şəkildə fərqlənir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


