Bu da `növbəti stansiya`... - FOTOSESSİYA

Bu da `növbəti stansiya`... - FOTOSESSİYA
  19 Aprel 2016    Oxunub:9283
Xəbər verdiyimiz kimi, bu gün Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışı olub.

AzVision.az xəbər verir ki, açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

Tikintisinə 2009-cu ilin sentyabrında başlanılan “Avtovağzal” stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir.

“Memar Əcəmi” stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan stansiyada və çıxışlarda 17 eskalator quraşdırılıb.

AzVision.az yenicə istifadəyə verilən “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarından görüntüləri təqdim edir:

Foto: Elvin Abdulla
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti