Generalımız NATO üzvlərinə cəbhədən danışdı
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, eləcə də NATO yanında Azərbaycanın daimi Nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə regiondakı təhlükəsizlik məsələləri, müdafiə sahəsində aparılan islahatlar, PAP üzrə məqsədlərin yerinə yetirilməsi, o cümlədən NATO ilə hərbi uzlaşmanın genişləndirilməsinin perspektivləri üzrə müzakirələr aparılıb.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov NATO üzv dövlətlərinin nümayəndələrinə aprel ayının ilk günlərində qoşunların təmas xəttində yerləşən Azərbaycan Respublikasının yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin həyata keçirdiyi təxribat fəaliyyətləri, onların qarşısının alınması, o cümlədən mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri barədə geniş məlumat verilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


