`Vurulan tank Ermənistanındır, bizim deyil` - Müdafiə Nazirliyi

`Vurulan tank Ermənistanındır, bizim deyil` - Müdafiə Nazirliyi
  19 Aprel 2016    Oxunub:6462
“Azərbaycan əldə olunmuş atəşkəslə bağlı razılaşmaya ciddi riayət edir, bu səbəbdən, tanklarımız və digər texnikamız təmas xəttinə çıxarılmayıb”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Ermənistan mətbuatının "Azərbaycana məxsus tankın vurulması" haqqında xəbəri cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi erməniləri öz gücü ilə elə qorxudub ki, onlar artıq öz tanklarını da bizim tanklar kimi qələmə verirlər:

"Birmənalı olaraq deyə bilərəm ki, bu aprel ayının əvvəllərində fəal hərbi əməliyyatların keçirildiyi günlərdə tərəfimizdən vurulmuş erməni tankıdır. Bu yalan informasiyanın məqsədi erməni əsgərlərində Azərbaycan silahının gücü ilə qırılmış əhval-ruhiyyəni yüksəltməkdir. Amma necə deyərlər, yalanın ömrü qısa olar, buna görə də, rüsvay oldular”, - deyə V. Dərgahlı bildirdi.

Qeyd edək ki, Ermənistan mətbuatı qoşunların təmas xəttində Azərbaycana məxsus tankın vurulması barədə məlumat və foto yayıb. Yeni görüntü kimi təqdim olunan foto bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən düşmən tankı kimi mətbuatda yayılıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti