`Emin Milli dövlət əleyhinə təbliğat aparır` - Qayınatası

`Emin Milli dövlət əleyhinə təbliğat aparır` - Qayınatası
  20 Aprel 2016    Oxunub:6548
Meydan TV-nin rəhbəri Emin Millinin qayınatası, tanınmış xalq rəssamı Mayis Ağabəyov prezident İlham Əliyevə oğlu Nazim Ağabəyovun həbsi ilə bağlı müraciət edib. Mayis Ağabəyov Emin Millinin Azərbaycan dövlətinin əleyhinə kampaniya apardığını və kürəkəninin fəaliyyətinin yaramaz olduğunu bildirib.

AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mayis Ağabəyov müraciətində Emin Milli ilə bütün əlaqələri kəsdiyini qeyd edib:

“Qızımın həyat yoldaşı Emin(Milli) “Meydan TV” deyilən bir qurum yaradıb, Azərbaycan dövləti əleyhinə təbliğat aparır. Mən onun bu hərəkətinə heç zaman razı olmamışam, əvvəllər dəfələrlə ona iradımı bildirsəm də faydası olmayıb. Buna görə də onunla bütün əlaqələri kəsmişəm. Oğlum Nazimin də onunla heç bir əlaqəsi olmayıb və Eminlə heç bir vaxt görüşməyib.

Sizə yeganə bir xahişlə müraciət edirəm ki, oğlum Nazimin Emin Millinin yaramaz hərəkətlərinə görə məhkum olmasına imkan verməyəsiniz, onun tezliklə azadlığa çıxmasına ailəsinə, xəstə övladına qovuşmasına yardımçı olasınız”.

AzVision.az


Teqlər:  





Xəbər lenti