SOCAR-ın vitse-prezidentləri təqdim olundu

SOCAR-ın vitse-prezidentləri təqdim olundu
  20 Aprel 2016    Oxunub:3041
Aprelin 19-da SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentlərin təqdim olunma mərasimi keçirilib.
AzVision.az-a daxil olan məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev 17 mart 2016-cı il tarixində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” müvafiq Fərman imzalayıb. Fərmanla SOCAR-ın idarəetmə strukturunda birinci vitse-prezident; neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə; geologiya və geofizika məsələləri üzrə; yataqların işlənməsi üzrə vitse-prezident ştatlarının yaradılmasına qərar verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli Sərəncamları ilə yeni yaradılmış birinci vitse-prezident vəzifəsinə akademik Xoşbəxt Yusifzadə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsinə Rəhman Qurbanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident vəzifəsinə Bəhram Hüseynov, yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə isə Yaşar Lətifov təyin olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti