"Qarabağ"dan çətin qələbə

"Qarabağ"dan çətin qələbə
  22 Fevral 2013    Oxunub:1812
Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.
İlk oyun günündə iki qarşılaşma baş tutur. Artıq ilk “altılıq”da yerini təmin edən “Qarabağ” səfərdə “Rəvan”ın qonağı olub. Ağdam komandası ilk hissədə iki top fərqi ilə irəlidə olsa da, sonradan meydan sahibləri hesabı bərəbərləşdirə biliblər. "Qarabağ" yalnız matçın 90+1-ci dəqiqəsində qələbə qolunu vurmağa nail olub.

Çempionatın final mərhələsinə ilk “altılıq”dan başlayacaq digər komanda “Simurq” isə birinci “altılığ”a düşmək uğrunda yarışan “Bakı”nı qəbul edir.

Turun digər dörd oyunu fevralın 22-23-də keçiriləcək.




Teqlər:





Xəbər lenti