Prezident şəhid mayora Milli Qəhrəman adı verib

Prezident şəhid mayora Milli Qəhrəman adı verib
  20 Aprel 2016    Oxunub:53237
Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olan mayor Samid İmanov prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Milli Qəhrəman (ölümündən sonra) adına layiq görülüb.

Bu barədə AzVision.az-a şəhidin atası Gülağa İmanov məlumat verib.

Qeyd edək ki, ötən gün ölkə başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupunu Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görüb, orden və medallarla təltif edib.

Xatırladaq ki, mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Sovetabad qəsəbəsində dünyaya göz açıb.

O, 1998-ci ildə Neftcala rayonunun 1-saylı orta məktəbi bitirib və həmən il Ali Hərbi Məktəbə daxil olub, 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirib.

Samid İmanov Göstərdiyi qəhramanlıqlara görə, kursant vaxtı mərhum prezident Heydər Əliyev tərəfindən və İlham Əliyev tərəfindən iki dəfə qəbul edilərək mükafatlandırılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti