Ermənistanın ələ keçirilən aparatının texniki göstəriciləri - FOTOLAR

Ermənistanın ələ keçirilən aparatının texniki göstəriciləri - FOTOLAR
  20 Aprel 2016    Oxunub:13898
Xəbər verdiyimiz kimi, bu gün cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI PHANTOM" pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.

AzVision.az-ın məlumatına görə, "DJI PHANTOM" pilotsuz aparatı “DJİ” firması tərəfindən istehsal olunur.

“Phantom 3 Professional” 2015-ci ilin aprelin ayında alıcılara təqdim olunub.



Aparat 30 fps 1080 p, 60 fps video qeyd edə bilir. Ayrıca 12,7 megapiksel göstəricisində fotoşəkil çəkmək imkanına malikdir.

Aparat beş kilometr uzaqlığa qədər ərazidə çəkiliş apara bilər. Lakin təcrübədə açıq məkanlarda bu məsafə daha artıq ola bilər.
Aparata quraşdırılan “LightBridge” adlı videoötürücü “Phantom 3 Professional” qurğusunu idarə etməyə və ətrafda olan ərazini HD formatında izləməyə imkan verir.



Aparatın ümumi çəkisi 1280 qram, diaqonal uzunluğu 590 mm, maksimal uçuş sürəti 5 m/s, maksimum eniş sürəti isə 3 m/s – dir. Bundan əlavə, aparat sahibinə 4000 x 3000 piksel görüntü ötürə bilər.

“Phantom 3 Professional” 6000 mAh Lipo batareyası 1 saatda şarj olur və 23 dəqiqəlik uçuş təmin edir.



Uçan aparatı uzaqdan idarəedici, “iPhone” və ya Android-lə işləyən telefonlar vasitəsilə idarə etmək mümkündür.

“Phantom 3 Professional” qurğusunun qiyməti 939 ABŞ dollardır (1516 AZN). Qurğunu asanlıqla “Amazon”, “ebay” və digər online mağazalardan almaq olar.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti