Hərbi hissədə hərbi-vətənpərvərlik tədbiri keçirilib

Hərbi hissədə hərbi-vətənpərvərlik tədbiri keçirilib
  20 Aprel 2016    Oxunub:2290
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik tədbirlər planına əsasən Şəmkirdəki hərbi hissədə rayonun təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rayonun dörd orta təhsil müəssisəsinin şagird və müəllimlərinə hərbi hissənin yaranma tarixi, döyüş yolu, ərazidə yerləşən obyektlər barədə məlumat verilib.

Qonaqlar şəxsi heyətin məişət şəraiti, Silahlı Qüvvələrin təchizatında olan silah-sursat, mühəndis, rabitə cihazları və avadanlığı, səyyar təşviqat guşələri və mənəvi-psixoloji təminat vasitələri ilə yaxından tanış olublar. Hərbi hissənin ərazisindəki Heydər Əliyev Mərkəzini ziyarət edən qonaqlara Ümummilli Liderin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.

Şagirdlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müxtəlif vaxtlarda hərbi hissəyə səfərlərini, Silahlı Qüvvələrdə keçirilən təlimləri əks etdirən filmlərə baxıblar.

Tədbirin sonunda qonaqlar əsgərlərlə birlikdə nahar ediblər.

AzVision.az

Qalereya




Teqlər:






Xəbər lenti