Tələbələr ali məktəblərə elektron qaydada köçürüləcək

Tələbələr ali məktəblərə elektron qaydada köçürüləcək
  20 Aprel 2016    Oxunub:2262
Azərbaycanda tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi elektron qaydada həyata keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bir neçə il əvvəl bu sahədə qeyri-şəffaf hallara, çətinliklərə rast gəlinirdi:

`Bu da əhalinin, tələbələrin haqlı narazılığına səbəb olurdu. Meyarların, qaydaların aydın şəkildə tətbiq edilməsi, eləcə də elan edilməsində əsas məqsəd məhz insan faktorundan asılılığın aradan qaldırılması idi. Tələbə-universitet- təhsil sistemi münasibətlərinin sağlamlaşdırılması, şəffaf səviyyəyə çatdırılması üçün hazırda biz bu işin elektron platforma üzərindən həyata keçirilməsini hazırlayırıq. Hesab edirəm ki, bu iş yaxın aylarda yekunlaşacaq`.

Mikayıl Cabbarov deyib ki, tələbələrin elektron köçürülməsi zamanı məlum meyarlarda köklü dəyişikliklər etmək nəzərdə tutulmur:

`Tələbə köçürmələri istiqamətində son 3 ildə böyük işlər görülüb. Bu proses tam şəffaflaşmış meyarlara əsasən həyata keçirilir. Prosesin elektronlaşdırılması tələbələrin qəbul imtahanlarında topladıqları ballar əsas götürülməklə, onların ixtisaslarının uyğunluğunu saxlamaqla, prosesin daha da şəffaf olması üçün bu istiqamətdə atılacaq növbəti addımdır`.

AzVision.az


Teqlər:  






Xəbər lenti