Erməni hərbçinin meyiti təhvil verildi

Erməni hərbçinin meyiti təhvil verildi
  20 Aprel 2016    Oxunub:2337
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası daha bir Ermənistan hərbçisinin qarşı tərəfə verilməsi ilə bağlı rəsmi məlumat yayıb.
AzVision.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş və 11 aprel 2016-cı il tarixdə Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı meyiti tapılmış bir Ermənistan hərbçisinin nəşi aprelin 20-də qarşı tərəfə verilib.

İnsidentsiz keçən proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib.

AzVision.az


Teqlər:  






Xəbər lenti