Sifarişli səyyar “ASAN xidmət” Sumqayıtda

Sifarişli səyyar “ASAN xidmət” Sumqayıtda
  20 Aprel 2016    Oxunub:1894
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi artıq Sumqayıt şəhəri üzrə də sifarişli səyyar xidmətlərin həyata keçirilməsinə başlayıb.
Agentlikdən AzVision.az-a verilən məlumata görə, səyyar xidmətlər dedikdə şəxsin qanunla nəzərdə tutulmuş qaydada iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq, şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər. Xidmətin sifarişi isə 9-108 nömrəli “Çağrı” mərkəzi vasitəsilə mümkündür.

Sosial həmrəyliyin təmin edilməsi məqsədilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Qeyd edək ki, Dövlət Agentliyi ilk olaraq 2014-cü il fevralın 3-dən Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlayıb. İndiyədək ümumilikdə 4000-ə yaxın vətəndaş bu xidmətdən yararlanıb və onlardan 600-dən çoxu kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər, sağlamlıq imkanları məhdud uşaqlardır.

AzVision.az


Teqlər:






Xəbər lenti