`Serj Sarkisyan özünü təlxəkliyə vurub` - Deputat
Deputatın sözlərinə görə, Qarabağ uğrunda döyüşlərdə məğlub olan Sarkisyan xalqı aldatmağa çalışsa da, buna nail ola bilməyəcək.
“Sarkisyan alnamır ki, təkcə o yox, bütün nəsili yığılıb gəlsə də Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Sarkisyan suda batan saman çöpü kimi son nəfəsini verir. Ona görə də bütün vasitələrə əl atır”.
Millət vəkili qeyd edib ki, Ermənistan prezidenti və ətrafındakı insanlar kriminal aləmin adamlarıdır və bu dalğa üzərində hakimiyyətə gəliblər:
“Onlar yaxşı başa düşürlər ki, həm siyasi hakimiyyətlərinin, həm də özlərinin həyat və fəaliyyətlərinin sonu Qarabağ münaqişəsinin həll olunması ilə bitəcək. Ona görə də ciddi cəhdlə münaqişənin həllinə maneə olmağa çalışırlar. Eyni zamanda bilirlər ki, münaqişə həll olunduqdan sonra onlara qarşı hərbi tribunallar qurulacaq, törətdikləri cinayətlərə görə cavab verəcəklər. Ona görə də Ermənistan prezidenti Serj Sarkisyan özünü təlxəkliyə vurub, düşüb ortalığa”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


