İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradıldı - Sərəncam

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradıldı - Sərəncam
  21 Aprel 2016    Oxunub:5389
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi publik hüquqi şəxs yaradılıb.

AzVision.az xəbər verir ki, Fərmanın priambulasında deyilir ki, mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadəni və bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqini zəruri edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılacaq, Şuranın sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək, mərkəzin icra orqanının funksiyalarını Mərkəzin Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirəcək.

AzVision.az


Teqlər:  






Xəbər lenti