Ötən gün nələr oldu? - XRONİKA

  21 Aprel 2016    Oxunub : 1676
Ötən gün nələr oldu? - XRONİKA
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 20-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Amerikalı konqresmen Ermənistanı tənqid etdi

ABŞ Konqresinin üzvü Montana ştatını təmsil edən Rayn Zinki aprelin 18-də Ermənistan-Azərbaycan təmas xətti boyunca yaşanan son eskalasiya ilə əlaqədar Ermənistanı tənqid edən bəyanatla çıxış edib.

***

Ermənistana məxsus `DJI PHANTOM` ələ keçirildi - FOTO

Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI PHANTOM" pilotsuz uçuş aparatı ələ keçirilib.

***

Xəzərdə neftçi olduğu ehtimal olunan meyit tapıldı


Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyindən verilmiş məlumata əsasən, bu il aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.



Azərbaycanda ilk ispandilli xəbər saytı yaradıldı

Artıq AzVision.az-ın ispan dilindəki versiyası – es.azvision.az oxucuların xidmətindədir.

***

Argentinadan Azərbaycana Qarabağ dəstəyi

Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov bu ölkənin müdafiə naziri Xulio Martinezlə görüşüb.

***

Avtobuslarda `Wi Fi` nə vaxt olacaq?

"BakuBus" avtobuslarında "WiFi"ın quraşdırılması ilə bağlı şirkətlər tərəfindən verilən təkliflər hazırda dəyərləndirilir.

***

YAP-dan orduya maddi dəstək

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna növbəti dəstək aksiyasını həyata keçirib.

***

Şəhid pilot “Azərbaycan Bayrağı”na layiq görüldü

Ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla döyüşlərdəki şücaətinə görə bir qrup hərbçi təltif edilib.

***

Nazirlikdən telefon satanlara xəbərdarlıq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və IMEI nömrələri qeydiyyata alınmış mobil cihazların satışı təşkil olunmalıdır.

***

`Klon` serialı, baş rolda Əli Kərimli – FOTOFAKT

Son günlərdə Əli Kərimlinin facebook səhifəsində maraqlı hal görürük: Hamı Kərimli olub; nəticədə, onun statuslarına yazılan `komment`lərin altında sıra ilə çoxlu balaca kərimliciklər çıxır...



`Azadlıq` ifşa edildi - Almaniyadakı soydaşlarımızdan sərt etiraz (FOTOLAR)

`Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti aprelin 17-də Almaniyanın Düsseldorf şəhərində Ermənistan Ordusunun Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədi ilə aksiya təşkil edib.

***

Polis vətəndaşı saxlayarkən bunları etməli olacaq – Yenilik

Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər təklif edilir.

***

Sonuncu şəhidimiz dəfn olundu

Cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlu dəfn olunub

***

Prezident şəhid mayora Milli Qəhrəman adı verib

Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olan mayor Samid İmanov prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Milli Qəhrəman (ölümündən sonra) adına layiq görülüb.

***

Erməni politoloqdan etiraf: `Azərbaycana məğlub olduq...`

“Millətin birliyi insanı qürurlandırır. Amma hazırda çoxları kinayə ilə deyir ki, 4 günlük müharibə dövründə erməni əsgərləri bellə vuruşdu, çoban isə pilotsuz uçuş aparatını özü saldı. Bu medalın bir tərəfidir. Digər tərəfi göstərdi ki, biz müharibədə müdafiə oluna bilmirik. Bizim müdafiəmiz sadəcə kağız üzərindədir”. Bunu Ermənistanın Beynəlxalq əməkdaşlıq və təhlükəsizlik institutunun rəhbəri, politoloq Stepan Səfəryan deyib.

***

Evlənmək istəyən gənclərdə qorxulu xəstəliklər var

Azərbaycanda son 10 ayda nikaha daxil olmaq istəyən 117 500 nəfər müayinə edilib.

***

Prezident və xanımı görülən işlərlə tanış oldu - FOTO (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 20-də Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidənqurma və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olublar.



İlham Əliyev xanımı ilə yeni parkda - FOTOLAR (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 20-də Bakının Nəsimi rayonunun Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki ərazidə yeni salınmış istirahət parkında yaradılan şəraitlə tanış olublar.

***

Beynəlxalq Bankda 10-dan çox filial müdiri dəyişdi

Azərbaycan Beynəlxalq Bankında (ABB) kadr dəyişiklikləri davam etdirilir.

***

`Dialoqsuz münaqişə həll oluna bilməz` - Aqramunt

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

***

Xaricdə təhsil proqramı ləğv olunmayacaq - Nazir

“Dəyişikliklər kosmetik deyil, strateji xarakter daşıyır”. Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.



“Formula-1”də niyə qadın pilotlar yoxdur?

***

Erməni mayorun dövlətə xəyanəti - Gizli məhkəmə keçiriləcək

Ermənistanın dövlətə xəyanət maddəsi ilə ittiham olunan kəşfiyyat mayoru 38 yaşlı Qarik Marutyanın məhkəməsi bundan sonra qapalı keçiriləcək.

***

AMEA-da struktur dəyişikliyi - 10 min pul veriləcək

Tarix İnstitutuna Azərbaycan tarixinin yeni nəşrinə hazırlıq işlərinin başlanılması, Zəngəzur, Göyçə, İrəvan, Borçalı, Dərbənd, Cənubi Azərbaycan və başqa ərazilərin tarixinin araşdırılmasının daha da genişləndirilməsi, Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımların daha dərindən tədqiqi üçün xarici ölkə arxivlərindən sənədlərin ölkəmizə gətirilməsi işinin davam etdirilməsi və digər məsələlər barədə tapşırıqlar verilib.

***

Müharibə veteranlarına pul veriləcək - Sərəncam

Prezident İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

***

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradıldı - Sərəncam

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi publik hüquqi şəxs yaradılıb.

***

Azərbaycandan Rusiyaya cavab - Pomidor qalmaqalı

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan qadağalardan sonra Türkiyə pomidorunun Azərbaycan pomidoru adı altında Rusiyaya ixrac olunması cəhdlərinin artması ilə bağlı narahatlığına münasibət bildirib.

***

Sarkisyan Qarabağa görə xalqa müraciət edəcək

Ermənistan Prezidenti Serj Sarkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək.

***

NTV ordumuzun işğaldan azad etdiyi ərazilərdə - VİDEO

Türkiyənin NTV telekanalının xüsusi çəkiliş qrupu aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi ərazilərdən reportaj hazırlayıb.

***

`Qarabağ danışıqları davam edəcək` - Ştaynmayer

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar davam edəcək.

***

Rusiya KİV: İrəvan Qarabağ danışıqlarına hazırdır

Rusiya prezidenti Vladimir Putin tərəfindən Azərbaycan və Ermənistan rəhbərlərinə Dağlıq Qarabağ üzrə fəal danışıqların bərpa edilməsi ilə bağlı təklif irəli sürülüb. Müraciətə əsasən yaxın günlərdə danışıqlar başlanmalıdır.

***

Rəsmi Kreml: Lavrov İrəvana Qarabağa görə gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana 21-22 aprel tarixlərində nəzərdə tutulan səfərinin proqramı açıqlanıb.

***

Nazirlik supermarketləri niyə yoxlayır? - Açıqlama

“Neptun” və “Grand” marketlər şəbəkəsinin bəzi mağazalarında da dövriyyənin müəyyənləşdirilməsi məqsədilə xronemetraj müşahidəsi təyin edilib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az

Teqlər: