İtkin düşmüş şagirdlərlə bağlı AÇIQLAMA

İtkin düşmüş şagirdlərlə bağlı AÇIQLAMA
  21 Aprel 2016    Oxunub:2144
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bəzi KİV-lərdə 20 nömrəli məktəb-liseyin iki şagirdinin itməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Qurumdan AzVision.az bildirilib ki, əslində, şagirdlər 63 saylı avtobusun bağlanmasından məlumatlı olmadıqları üçün çaşqınlıq yaşayıblar: “Məktəbdən çıxdıqdan sonra (saat 12:40-da) bir müddət gözləyən şagirdlər avtobusun gəlmədiyini görüncə bilmədikləri avtobusdan istifadə edərək yolu azıblar. Amma xoşbəxtlikdən heç bir problem yaşanmadan yolu azdıqları yerdən valideynləri ilə əlaqə saxlayaraq evlərinə gediblər. Onlar saat 19:30-da evlərinə çatıblar. Hazırda şagirdlər dərsdədir.

Bu məsələ ilə bağlı şagirdlərin valideynləri məktəbə dəvət olunub. Bu kimi hallarla yenidən qarşılaşmamaq üçün valideynlərə uşaqların dərsdən sonra evə getməklərinə nəzarət etməkləri tapşırılıb”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti