Ermənilərin hərbi maşını minaya düşdü - Ölən və yaralananlar var
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Əslində isə bu gün səhər saatlarında cəbhənin şimal istiqamətində hərəkət edən erməni tərəfinə məxsus Zil-131 markalı hərbi yük avtomobili özlərinin basdırdığı minaya düşüb. Partlayış nəticəsində bir erməni hərbçisi ölüb və xeyli sayda yaralanan var.
Hadisəni Azərbaycan tərəfinin üzərinə yıxmağa cəhd göstərən Ermənistan tərəfi yaralılar haqqında da məlumatı cidd-cəhdlə öz xalqından gizlətməklə bu kimi dezinformasiyalar yayaraq hərbi rəhbərliyin uğursuzluğunu ört-basdır etməyə çalışır” - deyə, qeyd olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


