Əli Kərimlinin `VV` paqonu və papağı

Əli Kərimlinin  `VV` paqonu və papağı
  21 Aprel 2016    Oxunub:8903
Mehman Muradlı

Bəlkə də bu, Əli Kərimli haqda yazdığım son yazıdır. Fövqalədə nəsə baş verməsə, bu adama əlimi bulamayacağam. Adam batdıqca batır, daha çox iyrəncləşir.


Məlum 2-5 aprel əməliyyatlarından sonra Əli Kərimli və ona bənzərlər Ordumuz haqda olmazın iftiralarını atdılar. Bu iftiraları torpaqlarımızı zəbt edən düşmən tərəfin informasiya resursları can-başla tirajladı. Adam müxalifətçilik eləmir, sadəcə xislətini, mahiyyətini ortaya qoyur. Azərbaycana düşmən mövqeyini bir daha sübut etməyə çalışırmış kimi buna daha çox sevinirdi. Hətta özü də bildirdi ki, bu hadisədən sonra onun sosial şəbəkədəki səhifəsini izləyənlərin sayı 10 min nəfər artıb. Bu on minlər isə məlum məsələdir, kimlərdir - statusları hansı saytlarda tirajlanırdısa həmin dövlətə bağlı olanlardı.

Tirajlanan statuslara görə bir neçə qrup gənc Əli Kərimlinin Bakının mərkəzində yerləşən evinin qarşısında etiraz etdilər. Həmin etirazları təqdir etmirəm. Gənclər daha faydalı işlə məşğul ola bilərdilər. Enerjilərini səhv istiqamətə yönəltdilər. Sözümün canı etirazların olub-olmamasında deyil. Etirazların pik vaxtında Əli Kərimli SSRİ Daxili Qoşunlarda xidmətdə olanda çəkdirdiyi şəkil sosial şəbəkənin onun tərəfdarları tərəfindən “bəzəyinə” çevrildi.

İndiki gənclik bilməz. SSRİ Daxili Qoşunlarında xidmət keçmək üçün bir neçə şərt tələb olunurdu. Bilməyənlərin nəzərin çatdırım ki, həmin dövrdə daxili qoşunlar SSR İttifaqında 1037 islah əmək koloniyalarında xidmət keçməkdən ibarət olub. Həmin koloniyalarda isə məlum məsələdir ki, cəza çəkən şəxslərin daxili qoşunların əsgərləri tərəfindən “islah” edilməsi prioritet təşkil edib. O dövrdə daxili qoşunlarda “xidmət” edənə el arasında çox pis baxırdılar. Çünki SSRİ-də demək olar ki, hər evdən bir məhbus varıydı. Həmin məhbusların incidilməsi isə hamıya məlum idi.

Tək bir detalı qeyd edim ki, SSRİ Daxili Qoşunları ittifaq ərazisində baş verən bütün milli hərəkatları darmadığın etmişdi. 1981-ci ildə Orcenekidzedə, 1986-cı ildə Almaatıda, 1989-cu ildə Tibilisidə və sonda 1990-cı ildə Bakıda qanlı terror həyata keçirən məhz SSRİ Daxili Qoşunları olmuşdu.

SSRİ vaxtı daxili qoşunlarda “xidmətini” başa vurub evlərinə qayıdanlar digər qoşun növlərindən fərqli olaraq mülki geyimdə qayıdardılar. Bunun tək bir səbəbi varıydı – insanların nifrəti.

Bilmirəm, Əli Kərimli “xidmətdən” qayıdanda mülki geyimdə olub yoxsa formada, amma görünən odur ki, o, SSRİ Daxili Qoşunlarında “xidmət”də olmasından çox məmnun olub. Çünki o, “xidmətdən” sonra prokuror olmaq arzusuyla hüquq fakültəsinə qəbul olunacaqdı, Qdlyan-İvanov cütlüyü kimi pambıqla baş kəsəcəkdi. Sonuncu arzusu sadəcə reallaşmadı. SSRİ dağıldı. Lakin sonuncu arzusuna yaxın və ondan daha dəhşətli olan .AM domenlərinin ulduzuna çevrildi. Pambıqla deyil, sözlə baş kəsməyə hazır olduğunu göstərdi.

Yazılarımda demək olar ki, heç vaxt kiminsə kitabından sitat gətirməmişəm, filmlərə daha çox üstünlük vermişəm. Bu, o anlama gəlməməlidir ki, mən kitab oxumağı sevmirəm və yaxud oxuduğum kitabların mənə təsir olmayıb. Sadəcə kitabı hər on nəfərdən biri oxuyur, amma filmə hər on nəfərdən doqquzu baxır və yaddaşlara hopur.

“Yol əhvalatı” adlı Azərbaycan filmi var. Orada MİS (JEK) rəisiylə ərazidə yaşayan sakin arasında yaxşı bir dialoq var. Həmin dialoqu olduğu kimi çatdırıram:
- Hələ mən teziki demirəm, yoldaş Zeynalov, Teziki...
- Arvadundu?
- Xeyr, canım, nə arvadım, itdi. Tanış itdi, qonşunun itidi
- İt?
- Bəli, it.
- Ə, itin bu işə nə dəxli var
- Dəxli var, yoldaş Zeynalov, dəxli var. Bağışlayın, utanıram sizə də deməyə, həmən o qonşunun iti divarın o tərəfində ayağını balaca qaldırıb...
- Ə, ayağını sal aşağı, ayıbdı
- O məsələni eliyəndə divarın bu tərəfind mənim evim nəm olur.
.......
- Mənə bax, başına papaq qoyursan?
- Bəli, qoyuram, hərdən şlyapa da qoyuram. Başımın razmeri də 59-du
- 59? Başının razmerini demirəm. Deyirəm yəni bir qiryətin var sənin? O papaqdan danışıram.


P.S. Papağı tülkü dərisindən, xəbəri yox gerisindən.


Teqlər:  





Xəbər lenti