Ermənilər Qarqar çayı ilə Azərbaycana mina axıdır - FOTOLAR

Ermənilər Qarqar çayı ilə Azərbaycana mina axıdır - FOTOLAR
  22 Aprel 2016    Oxunub:3846
Ağdamın Əfətli kəndində aşkarlanan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu məlum olub.

AzVision.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu ANAMA-nın region üzrə supervayzeri Xaliq Zülfüqarov bildirib.

O qeyd edib ki, ermənilərin Qarqar çayı vasitəsilə axıtdığı minalar otlaq sahələrinə yayılıb: “Tapılan minalar Rusiya istehsalı olan “PM” piyada əleyhinə minaların oxşarıdır. Ermənistan istehsalıdır, partlayış dalaqlı minalardır. Bu minalar ən zəif təzyiqdən belə partlaya bilir. Qarqar çayı boyunca bütün yaşayış məntəqələrinin sakinlərinə məlumat verilib. Ilkin olaraq 5 mina aşkarlamışıq. Yerli sakinlərin məlumatı əsasında hadisə yerinə gələn mütəxəssislərimiz minaları yerindəcə zərərsizləşdirib. Axtarışlarımız davam edir".

Qeyd edək ki, Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Əfətli kəndi ərazisindən keçən Qarqar çayının sahilindən 3 ədəd “PME-3” markalı piyada əleyhinə mina tapılıb.





















AzVision.az


Teqlər:  





Xəbər lenti