Bu gün `Eurovision-2016` həftəsi başlayır

Bu gün `Eurovision-2016` həftəsi başlayır
  08 May 2016    Oxunub:2332
Bu gün Stokholmda "Eurovision-2016" mahnı müsabiqəsi həftəsi başlayır.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Stokholm meri Karin Vannqord bildirib ki, 8-14 may tarixlərində keçiriləcək "Eurovision-2016" mahnı müsabiqəsi həftəsi İsveç paytaxtının bir çox yerlərində keçiriləcək.

Həftə ərzində planlaşdırılan bütün görüşlər, musiqi tədbirləri, təntənəli və idman tədbirləri "Birlikdə pyalaşaq!" şüarı altında keçiriləcək. "Eurovision-2016" mahnı müsabiqəsi həftəsi bu gün səhər İsveç Kral sarayının qarşısında "Eurovision-2016" mahnı müsabiqəsində iştirak edən ölkələrin bayraqlarının qaldırılması ilə başlayacaq. Bayraqlar əlifba sırası ilə qaldırılacaq. Bu mərasimə iştirakçı ölkələrin səfirləri, müğənnilər, ölkələrin nümayəndə heyətləri, müsabiqənin təşkilatçıları dəvət ediliblər.

Bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək. Müsabiqə Stokholmda "Globen Arena"da keçiriləcək. Bu il müsabiqədə 42 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.

Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, "Eurovision" müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti